satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb - FOTOLAR

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb<font color=red> - FOTOLAR</font> Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb<font color=red> - FOTOLAR</font> Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi başa çatıb.

NTV xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tbilisi yaxınlığında Muxrovanidəki Mayor Gela Çedia Xüsusi Təyinatlı Təlim Mərkəzində xüsusi mərasim keçirilib.

Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze, Azərbaycan Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini general-mayor Azər Kasımov, Türkiyə Xüsusi Əməliyyat Qüvvələrinin komandanı briqada generalı Oğuzhan Şimşek və Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili təlimi uğurla başa çatdıran iştirakçıları təbrik ediblər.

Məlumata deyilir ki, Bolnisidə, Xüsusi Əməliyyatlar Komandanlığının Paraşüt Təlimi Məktəbində və Muxrovanidə üç ölkənin birgə praktiki təlimləri keçirilib. Təlimlərdə şərti obyektə birgə reydlər təşkil olunub, hücum qrupları isə atəş dəstəyi ilə binanı təmizləmək, mühəndislik partlayışları və düşməni zərərsizləşdirmək işlərini həyata keçiriblər.

Qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi hər üç ölkədə rotasiya əsasında keçirilir. Gələn il təlimə Azərbaycan ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM