Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək.
NTV xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, səfər zamanı C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.
