satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib

Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib

Azərbaycan və Yunanıstan ikitərəfli münasibətlərin inkişafı üçün müntəzəm birbaşa hava əlaqəsinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

NTV xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Məlumata görə, bununla bağlı müzakirələr Yunanıstanın Bakıdakı səfiri Mariya Papakonstantinu ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüşdə aparılıb.

Bundan başqa, tərəflər artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirilən Bakı–İraklion birbaşa aviareysinin saxlanılmasının vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, iki ölkə arasında müntəzəm birbaşa hava əlaqəsinin işə düşməsi turizm, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addım olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM