satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyə arasında diaspor siyasəti ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Türkiyə arasında diaspor siyasəti ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı arasında diaspora siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

NTV-nin məlumatına görə, imzalanan sənədin əsas məqsədi iki ölkənin diaspor məsələləri üzrə əməkdaşlığının qurulmasıdır.

Memoranduma əsasən, Azərbaycan və Türkiyə diaspor ilə bağlı məsələlər üzrə ikitərəfli əməkdaşlıq üzrə qarşılıqlı əlaqələrin yaradılması yönündə səyləri artıracaq, məlumat və təcrübə mübadiləsi vasitəsilə əməkdaşlıq edəcək.

Tərəflər həmçinin bu əməkdaşlıq çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini, birgə proqramların təşkilini, eləcə də mövzu ilə bağlı görüş və ya konfransların müvafiq formatda keçirilməsini təmin edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM