satellite   Azerspace-1: 11135 H 30000

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23,2 milyon manatı vətəndaşlara qaytarılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23,2 milyon manatı vətəndaşlara qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23,2 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.

Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu ilin yanvar-avqust ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 23 milyon 206,73 min manat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM