satellite   Azerspace-1: 11135 H 30000

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərhad Məmmədov saxlanılıb.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM