Bu ilin I yarısında Azərbaycan 67,15 milyon ABŞ dolları dəyərində 46 min 439 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.
NTV-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 88 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 66,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,5 dəfə çox) 45 min 613 ton (+87 %), Qazaxıstana 841,7 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 691,4 ton (+2,4 dəfə), Gürcüstana 121,7 min ABŞ dolları dəyərində (+8 dəfə) 83,2 ton (+6 dəfə) və Belarusa 64,6 min ABŞ dolları dəyərində (+4 dəfə) 51,3 ton (+4 dəfə) məhsul satıb.
2025-ci ildə Azərbaycandan idxal edilmiş 36 min 478 ton çiyələyin 98,9 %-i Rusiyanın payına düşüb.
