satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib

Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib

Türkiyənin Diyarbəkir şəhərində yaşayan inşaat işçisi Rəcəb Karakaş bir ay əvvəl dünyaya gələn oğluna Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adını verib.

NTVNTV Spor”a istinadən xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı bu addımı hücumçunun mərhəmətli olmasına və ehtiyacı olan insanlara göstərdiyi dəstəyə görə atdığını bildirib.

Rəcəb Karakaş qeyd edib ki, gələcəkdə daha bir oğul övladı dünyaya gələrsə, ona da Ronaldunun mərhum atası Joze Diniş Aveyrunun adını qoyacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM