satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyə teleradio kanalları yardım kampaniyası çərçivəsində ortaq yayım edəcəklər

Azərbaycan və Türkiyə teleradio kanalları yardım kampaniyası çərçivəsində ortaq yayım edəcəklər

Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım edəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Türkiyənin zəlzələ baş verən bölgələrində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası eyni vaxtda canlı yayımlanacaq.

Yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl Ay” cəmiyyətinin hesabına köçürüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM