satellite   Azerspace-1: 11135 H 30000

MN: "Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində 2780 km yol qar örtüyündən təmizlənib" - VİDEO

Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində 2780 km yol qar örtüyündən təmizlənib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir. Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin fevral ayının 1-dən bugünədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM