satellite   Azerspace-1: 11135 H 30000

FHN-in Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Belə ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM