satellite   Azerspace-1: 11135 H 30000

ABŞ: “Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik”

ABŞ: “Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik”

ABŞ harada keçirilməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib.

"Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz bu məsələdə tərəfləri dəstəkləməyə, o cümlədən onlarla birbaşa əlaqə yaratmağa davam edəcəyik. İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən başqa yerində danışıqları dəstəkləyirik", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM