satellite   Azerspace-1: 11135 H 30000

Dmitri Peskov: “İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”

Dmitri Peskov: “İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”

Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, daha sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM