satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: “Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması etimadın bərpası prosesinə zərbədir”

Ceyhun Bayramov: “Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması etimadın bərpası prosesinə zərbədir”

“Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması tərəflər arasında etimadın bərpası prosesinə növbəti zərbədir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bu hərbçilərin Ermənistan tərəfindən saxlanıldığını və onların barələrində cinayət işinin başlanıldığını xatırladıb.

“İlk növbədə qeyd etmək istərdim ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda beynəlxalq vasitəçilər, eləcə də digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin diqqətini bu məsələyə cəlb edirik. Görüşlər zamanı bu faktın daha əvvəl əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin vacibliyini gündəmə gətiririk”, - C.Bayramov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM