satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN Bakının azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə XİN Bakının azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Bakının erməni-bolşevik işğalından azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" hesabında paylaşım edilib.

"Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ili münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edir, müstəqillik uğrunda canlarından keçən bütün şəhidlərimizi hörmətlə yad edirik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM