satellite   Azerspace-1: 11135 H 30000

QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası təsdiqlənib

QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası təsdiqlənib

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi Qaydası” təsdiqlənib.

Naxçıvan televiziyası xəbər verir ki, sənəd Nazirlər Kabinetinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının (QHT) qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiq edilib.

Qərara əsasən, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı təqdim etdikləri layihələrin qrant məbləğinin müəyyən edilməsinə dair meyarlar və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi” də təsdiq edilib.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.3-cü bəndində nəzərdə tutulan informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM