satellite   Azerspace-1: 11135 H 30000

Xarici İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Xarici İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Xarici İşlər Nazirliyi tərəfindən Prezidentin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edəcəklər. İndiyə qədər həmin bildirişi Prezidentin Protokol xidməti təqdim edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM