satellite   Azerspace-1: 11135 H 30000

Anar Eyvazov: Antiterror tədbirlərindən sonra Qarabağda 3000-dən çox tank, 10 000-dən artıq piyada əleyhinə mina aşkarlanıb

Anar Eyvazov: Antiterror tədbirlərindən sonra Qarabağda 3000-dən çox tank, 10 000-dən artıq piyada əleyhinə mina aşkarlanıb

"Antiterror tədbirlərindən sonra işğaldan azad edilən ərazilərdə evlərdən, təsərrüfat sahələrindən xeyli sayda silah və hərbi sursatlar aşkarlanıb".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərində təsərrüfat sahələrinin daxilində silah-sursat aşkarlanıb: "Yəni, Ermənistanın hərbi mövqelərimizlə yanaşı, mülki əhalini və mülki infrastrukturu hədəfə alıb".

A.Eyvazov foto və videomaterial vasitəsilə aşkarlanmış silah-sursatları da açıq şəkildə diplomatların diqqətinə çatdırıb. "3000-dən çox tank, 10 000-dən çox piyada əleyhinə mina aşkarlanıb. Həmin hərbi sursatlar arasında dronlar da var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM