satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb

Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb

Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub.

Naxçıvan televiziyası xəbər verir ki, Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.

Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM