satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: 18 ölkədən 40-dan artıq təmsilçinin Bakıda toplaşaraq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində təşkilatlanması sevindirici haldır

Prezident İlham Əliyev: 18 ölkədən 40-dan artıq təmsilçinin Bakıda toplaşaraq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində təşkilatlanması sevindirici haldır

Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıda toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəklikləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

Azərbaycanda tarixən qadına göstərilən hörmətin, qadın adının uca tutulmasının xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biri olmasının vurğulandığı müraciətdə bildirilib: “Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM