satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: "Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınması Azərbaycanın əsaslı iddialarını sübut edir"

Hikmət Hacıyev: "Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınması Azərbaycanın əsaslı iddialarını sübut edir"

"Landmine Monitor 2023" Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına əlavə etdi. Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt bir daha Azərbaycanın Ermənistana qarşı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını sübut edir".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

"Ermənistan Azərbaycanın o zaman işğal olunmuş torpaqlarına milyonlarla mina yerləşdirib. Nəticədə 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub", - Prezidentin köməkçisi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM