satellite   Azerspace-1: 11135 H 30000

Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib

Qərbi Azərbaycan İcması Samanta Pauerə cavab verib

"Son vaxtlar ABŞ Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır. Bu dəfə ermənidən çox erməni olmasıyla bütün dünyada məşhur olan Samanta Pauer xüsusi “canfəşanlıq” göstərmişdir".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

"Yerli amerikanları kütləvi surətdə qıran, lakin buna görə heç utanmayan bir ölkənin rəsmisinin indi gəlib Azərbaycanı “məcburi köçürülmə”də ittiham etməsi ikrah doğurur.

“ABŞ Qarabağdan olan etnik ermənilərlədir”,- deyən S.Pauerdən soruşuruq: Bəs Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla nə vaxt bir yerdə olacaqsınız?! 4 min azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı nə vaxt narahatlığınızı bildirəcəksiniz?! Azərbaycandakı mina qurbanları ilə nə vaxt həmrəylik ifadə edəcəksiniz?!

Aydındır, səlibçi mentalitetinizə görə bunu heç vaxt etməyəcəksiniz. Buna görə də, sizin və rəhbərlik etdiyiniz, adında “yardım” sözü olan, amma müxtəlif ölkələrdə dağıdıcı fəaliyyətlə məşğul olan USAID adlanan təşkilatın mühazirələrinə ehtiyacımız yoxdur", - bəyanatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM