satellite   Azerspace-1: 11135 H 30000

HHQ-də buraxılış mərasimi keçirilib - FOTOLAR

HHQ-də buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> HHQ-də buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> HHQ-də buraxılış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində bu cür kursların keçirilməsinin əhəmiyyətindən danışıb, kursu bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM