satellite   Azerspace-1: 11135 H 30000

Nazir: "Gələn il Qarabağın yenidən qurulmasına azı 2,4 milyard dollar ayrılacaq"

Nazir: "Gələn il Qarabağın yenidən qurulmasına azı 2,4 milyard dollar ayrılacaq"

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına azı 2,4 milyard ABŞ dolları ayrılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.

Onun sözlərinə görə, artıq bu məqsədlər üçün Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib.

"Bu kontekstdə biz Füzuli şəhərində tikilən məktəbə görə Özbəkistana və əməkdaşlığa görə Qazaxıstana təşəkkür edirik. Bütün bunlar xalqlarımız arasında dostluğun, qardaşlığın əlamətidir", - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM