satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya mediası Azərbaycan Prezidentinin Fransanın siyasəti ilə bağlı tənqidi fikirlərinə yer ayırıb

Rumıniya mediası Azərbaycan Prezidentinin Fransanın siyasəti ilə bağlı tənqidi fikirlərinə yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə Bakıda keçirilən danışıqların yekununa dair mətbuat konfransında çıxışı Rumıniya mətbuatında geniş işıqlandırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Rumıniyanın “Adevarul” (Həqiqət) nəşri və ona istinadən digər nəşrlər Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransa hökumətinin marionetinə çevrilməsi barədə dediklərinə xüsusi diqqət çəkiblər.

Rumiya mətbuatı yazır ki, Azərbaycan Prezidenti Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsini sərt şəkildə pisləyib. Yazıda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanı gələcəyini öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM