Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb.
Naxçıvan televiziyası xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.
Gürcüstan mətbuatının xəbərinə əsasən, Baş nazir SPECA iqtisadi forumunda iştirak edəcək, Prezident İlham Əliyevlə görüşəcək və dövlət başçılarının sammitində çıxış edəcək.
