satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev İlham Əliyevi Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak etməyə dəvət edib

Şavkat Mirziyoyev İlham Əliyevi Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak etməyə dəvət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevi 2025-ci ildə ölkəsində keçiriləcək Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının sammitinə fəxri qonaq qismində dəvət edib.

Naxçıvan televiziyası Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu o, Bakıda Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib.

Qeyd olunub ki, o, Azərbaycan dövlət başçısını 2024-cü ildə Özbəkistana rəsmi səfərə dəvət edib.

Ş.Mirziyoyev 2024-cü ilin Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan edilməsini də təklif edib.

Görüş zamanı strateji tərəfdaşlıq səviyyəsində olan iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatı da müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM