satellite   Azerspace-1: 11135 H 30000

BMT Azərbaycanın SPECA fonduna maliyyə yardımı ayırmasını alqışlayır

BMT Azərbaycanın SPECA fonduna maliyyə yardımı ayırmasını alqışlayır

"SPECA yenidən fəallaşıb. BMT Baş Assambleyası bu yaxınlarda bu proqramla bağlı qətnamə qəbul etdi, bu münasibətlə iştirakçı ölkələri təbrik edirəm".

Naxçıvan televiziyası xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, SPECA-nın region üçün əhəmiyyəti daha da artır:

“Bu region ölkələrinin iqtisadiyyatı beş dəfə artıb. Dünyada vəziyyət dəyişib, siyasi çətinliklər artıb, amma eyni zamanda, iqtisadi inkişaf üçün yeni imkanlar, xüsusilə də tranzit logistika zəncirləri açılıb. SPECA öz bölgəsində iqtisadi artımı təmin edə bilib. Xüsusilə də yaşıl iqtisadiyyat sahəsində irəliləyişlər var”.

Tatyana Molçan qeyd edib ki, SPECA çoxtərəfli əməkdaşlığın bariz nümunəsidir:

“Bu platforma çərçivəsində regional bağlantıların potensialını görürük, birgə səylərlə bunu reallaşdıra bilərik. Biz SPECA-nın Etimad Fondunun yaranması ilə bağlı məsələnin tez zamanda həll olunacağını gözləyirik. Azərbaycanın fond üçün könüllü şəkildə vəsait ayırması qərarını alqışlayırıq və inanırıq ki, digər ölkələr də bu fonda töhfə verəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM