satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN rəsmisi: “Moskva ilə Bakı arasında əlaqələr yüksəlişdədir”

Rusiya XİN rəsmisi: “Moskva ilə Bakı arasında əlaqələr yüksəlişdədir”

“Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksəlişdədir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Moskvada keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının IV iclasının yekunları ilə bağlı deyib.

Onun sözlərinə görə, görüşün yekununda qəbul edilən kommünike gələcək illər üçün dialoqun inkişafı vektorlarını müəyyən edib: “İki ölkə bunu gücləndirməyə və inkişaf etdirməyə çalışacaq”.

M.Kaluqin qeyd edib ki, Rusiya XİN “3+2” platformasına böyük diqqət yetirir.

O xatırladıb ki, Gürcüstan bu formatda iştirak etməyib: “Lakin onun üzünə qapı hər zaman açıqdır”.

Direktor müavininin fikrincə, Qərb platformalarında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün təklif olunanların hamısı Rusiya-Azərbaycan-Ermənistan mexanizmindən götürülüb: “Onlar bizim nailiyyətlərimizi oğurlamağa çalışırlar. Bu istiqamətdə həll yollarını özümüz tapmalıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM