satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini göndərib - FOTOLAR

Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini göndərib<font color=red> - FOTOLAR</font> Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini göndərib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bugün göndərilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM