satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, həmçinin müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Plana uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM