satellite   Azerspace-1: 11135 H 30000

Erməni deputat: “Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür”

Erməni deputat: “Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür”

Erməni deputat yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün hesab edir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır.

Onun sözlərinə görə, bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər: “Çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM