satellite   Azerspace-1: 11135 H 30000

TDT Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

TDT Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev Azərbaycan və Ermənistanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

“Birgə Bəyanat regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addımdır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bu, iki ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin əldə olunmasına gətirib çıxaracaq birbaşa dialoq yoluna töhfədir.

Həmçinin bildirilib ki, bəyanat münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atmaq iradəsinin təzahürüdür.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM