satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub

Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub

Azərbaycan 2024-cü il sentyabrın 18-20-də Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı məlumat verib.

“Avrasiya Qadınlar Forumu müasir cəmiyyətdə qadınların rolunun müzakirəsi üçün ən böyük nüfuzlu beynəlxalq platformadır. Birinci forum 2015-ci ildə baş tutub və qlobal xarakter daşıyıb. Biz dost Azərbaycanı növbəti, dördüncü foruma dəvət edirik”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM