satellite   Azerspace-1: 11135 H 30000

Səsvermənin keçirilmə tarixi barədə bildirişlərin seçicilərə paylan­ması vaxtı açıqlanıb

Səsvermənin keçirilmə tarixi barədə bildirişlərin seçicilərə paylan­ması vaxtı açıqlanıb

2024-cü il yanvarın 31-dək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylan­ması yekunlaşacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb.

Səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylan­ması yekunlaşmalıdır.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM