satellite   Azerspace-1: 11135 H 30000

İcma: "Qarabağ erməniləri irqçi ideologiyadan, “miatsum” nağıllarından xilas ola bilmir"

İcma: "Qarabağ erməniləri irqçi ideologiyadan, “miatsum” nağıllarından xilas ola bilmir"

Qərbi Azərbaycan İcması Qarabağ ermənilərinin nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmədiyini, hələ də paralel dünyada yaşadıqlarını bildirib.

Naxçıvan televiziyası-ın xəbərinə görə, qurumun yaydığı bəyanatda qeyd olunub ki, tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra “təşkilatlar” beynəlxalq ictimaiyyətə “müraciət” ünvanlayıblar:

“Müraciət”in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən sarsaq şərtlərin qoyulmasıdır. Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar. Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan “müraciət”in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər. Ermənistan hökuməti əgər, həqiqətən də, sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM