satellite   Azerspace-1: 11135 H 30000

“Komsomolskaya pravda” Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısı haqqında sənədli film yayımlayıb

“Komsomolskaya pravda” Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısı haqqında sənədli film yayımlayıb

“Komsomolskaya pravda” qəzeti Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun dəstəyi ilə öz saytında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında 13 dəqiqəlik videosüjet yerləşdirib.

Naxçıvan televiziyası xəbər verir ki, “Mədəniyyətin əsl bilicisi: Heydər Əliyev Azərbaycan mədəniyyətinə necə ikinci nəfəs verdi” sərlövhəsi ilə yayımlanan sənədli filmdə Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunur.

Filmə əlavə olunmuş mətndə qeyd edilir: “O, Azərbaycanın mədəni siyasətinin əsasını qoyub. Respublika Sarayı, konsert-sərgi zalları, Opera studiyası, xoreoqrafiya məktəbi və Opera və Balet Teatrının rekonstruksiya olunmuş binası – bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri və öz ölkəsinin mədəniyyətinə yüksək qiymət verən Heydər Əliyevin xidmətlərindən yalnız bir neçəsidir”.

Qəzet vurğulayır ki, Heydər Əliyev milli rəqsin və teatrın inkişafını dəstəkləyir, şəhərlərin memarlıq üslubunu diqqət mərkəzində saxlayır və indiyədək onun vəsiyyətlərinə əməl edən ölkənin ümumi simasını müəyyən edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM