satellite   Azerspace-1: 11135 H 30000

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq"

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq"

Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu şuranın sədri Şarl Mişel Ermənistanın “Azatutyun” portalına müsahibəsində bildirib.

O deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır: “Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Eyni zamanda bizim regionda əməkdaşlığımız üçün bir vasitə kimi istifadə edə biləcəyimiz müsbət əsas ola bilər”.

Ş.Mişel qeyd edib ki, bu da Cənubi Qafqaz regionunun digər ölkələri, o cümlədən Gürcüstan iqtisadiyyatının inkişafı üçün yaxşı haldır.

“Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM