satellite   Azerspace-1: 11135 H 30000

YAP sabah prezidentliyə namizəd irəli sürəcək

YAP sabah prezidentliyə namizəd irəli sürəcək

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM