satellite   Azerspace-1: 11135 H 30000

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

"Sülhməramlıların komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməyə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - məlumatda deyilir.

Bildirilir ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmini və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM