satellite   Azerspace-1: 11135 H 30000

Teleqramda daxili valyuta yaradılıb

Teleqramda daxili valyuta yaradılıb

Teleqram mesaj mübadiləsi sistemində minitətbiqlərdə rəqəmsal xidmətlər və malların ödənişi üçün daxili valyuta yaradılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov özünün teleqram kanalında bildirib.

“Bu gün əlamətdar gündür, biz “Telegram Stars”ı işə salırıq – bu, minitətbiqlərdə rəqəmsal xidmətlərə görə ödəniş etmək üsuludur”, – Durov açıqlayıb.

Onun sözlərinə görə, “Telegram Stars”ın vasitəsilə elektron kitablar, kurslar, oyunlarda müxtəlif əşyalar və daha çox şey əldə etmək mümkündür. Bundan əlavə, valyuta “Fragment” platforması vasitəsilə “Toncoin”ə çevrilir.

Yeni valyutadan güzəştli şərtlərlə “Telegram”da tətbiq reklamı almaq üçün də istifadə oluna bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM