satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (52,06 MB/S) görə 159 ölkə arasında 95-ci yerdə qərarlaşıb ki, bu da avqusta nisbətən 9 pillə irəliləyiş deməkdir.

Naxçıvan televiziyası “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (29,29 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 77,7 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (305,01 MB/S), axırıncı yeri isə Kuba (2,77 MB/S) tutub.

Azərbaycan sentyabrda mobil internetin sürətinə görə avqust ayına nisbətən 55,62 MB/S sürətlə 112 ölkə arasında 3 pillə geriləyərək 48-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (413,14 MB/S), sonuncu yeri isə Yəmən (8,48 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 11 pillə irəliləyərək 207 şəhər arasında 53,14 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (334,95 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,83 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,19 MB/S sürətlə 162 şəhər arasında avqust ayına nisbətən 2 pillə geriləyərək 71-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (464,09 MB/S), sonuncu yeri Kabil (8,99 MB/S) tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM