satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 708 minə yaxın zərərli elektron poçt bloklanıb

Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 708 minə yaxın zərərli elektron poçt bloklanıb

Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 milyon 263 min 430 elektron məktubu emal edib.

Naxçıvan televiziyası-ın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, onlardan 3 milyon 555 min 558-ni istifadəçilərə çatdırılıb, 707 min 872-ni isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bildirilir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış məktubların sayı 4 % artıb.

Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM