satellite   Azerspace-1: 11135 H 30000

"Google Gemini"nin Azərbaycandakı bazar payı 1 ayda iki dəfədən çox artıb

"Google Gemini"nin Azərbaycandakı bazar payı 1 ayda iki dəfədən çox artıb

 

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 90,78 % təşkil edib.

NTV "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 3,29 faiz bəndi azdır.

İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 % təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 2,2 dəfə artıb.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı dekabrda 0,97 faiz bəndi artaraq 2,88 % olub.

Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 1,7 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi azdır.

İlk beşliyi 0,4 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı noyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM