satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB - FOTOLAR

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.

NTV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

09:25

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) liderlərinin iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb.

NTV-nin  verdiyi məlumata görə, Emoməli Rəhmonun səfəri zamanı onu xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət naziri, nəqliyyat naziri və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, ECO liderlərinin sammiti bu gün Xankəndi şəhərində Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə başlayır.

Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM