satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Pakistan əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər

Azərbaycan və Pakistan əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə pakistan həmkarı İshaq Dar arasında görüş keçirilib.

Bu barədə NTV Pakistan XİN başçısının "X" sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.

Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiq edib və yüksək səviyyəli fikir mübadiləsinin əhəmiyyətini qeyd ediblər.

"Biz yüksək səviyyəli son mübadilələrin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini təsdiq etdik və müxtəlif sektorlarda əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik", - paylaşımda qeyd olunur.

İshaq Dar Azərbaycanı sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib və ölkənin İƏT-in fəaliyyətindəki fəal rolunu yüksək qiymətləndirib.

Xatırladaq ki, bu gün Xankəndi ilk dəfə ECO liderlərinin sammitinə ev sahibliyi edəcək. Tədbirdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.

Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM