satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndələri Bakıda səfərdədir

Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndələri Bakıda səfərdədir

Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin nümayəndə heyəti Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi məqsədilə Bakıya səfər edib.

NTV Palataya istinadən xəbər verir ki, nümayəndə heyətini qurumun sədr müavini Nəsir Sadıqov qəbul edib.

O, qonaqlara qiymətləndirmə təşəbbüsünə görə təşəkkür edərək iki qurum arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Hesablama Palatasının fəaliyyətini bundan əvvəl digər həmkar qurumların qiymətləndirdiyini və bu proseslərin uğurla başa çatdırıldığını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri həmkar qiymətləndirmələr barədə qısa məlumat verərək bu layihənin də uğurla icra olunacağına əminliyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM