satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Rusiyaya qarşı bəzi maliyyə sanksiyalarını avqustun 20-dək dayandırır

ABŞ Rusiyaya qarşı bəzi maliyyə sanksiyalarını avqustun 20-dək dayandırır

ABŞ Maliyyə Nazirliyi Alyaskada sammitin hazırlanması və keçirilməsi üçün zəruri olan maliyyə əməliyyatlarını avqustun 20-dək Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan çıxarıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir: “Rusiyaya qarşı sanksiyalar çərçivəsində (RuHSR və URSR) normal olaraq qadağan edilən, lakin Alyaska ştatında görüşlərdə iştirak və ya dəstək üçün zəruri olan bütün əməliyyatlara 20 avqust 2025-ci il saat 00:01-ə qədər icazə verilir”.

Eyni zamanda, bəyanatda vurğulanır ki, bu tədbir anti-Rusiya sanksiyaları altında bloklanmış heç bir aktivin dondurulmasını nəzərdə tutmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM