satellite   Azerspace-1: 11135 H 30000

Fransa və Almaniya ilin sonuna qədər qırıcı təyyarələrlə bağlı qərar qəbul edəcək

Fransa və Almaniya ilin sonuna qədər qırıcı təyyarələrlə bağlı qərar qəbul edəcək

Almaniya və Fransa "Future Combat Air System" (FCAS) hərbi qırıcı təyyarəsinin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı qərarı bu ilin sonuna qədər qəbul etmək barədə razılığa gəlib.

NTV Almaniya mediasına istinadən xəbər verir ki, bunu ölkə kansleri Fridrix Merts mətbuat konfransında bildirib.

"Mən Fransa Prezidenti Emmanuel Makronla razılaşdım ki, ilin son rübündə, yəni 2025-ci ilin sonuna qədər FCAS ilə bağlı birlikdə qərar qəbul edəcəyik", - o qeyd edib.  

KİV-in məlumatına görə, Fransa və Almaniya ilə yanaşı İspaniyanın da iştirak etdiyi layihə bu ölkələrdəki istehsalçılar arasında vəzifələrin bölüşdürülməsi ilə bağlı çətinliklərlə üzləşir. Daha əvvəl "Bloomberg" agentliyi Fransanın "Dassault Aviation" şirkətinin layihədə aparıcı rol oynamaq istədiyi barədə məlumat vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zəriflik nümunəsi

08:00 28.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM