satellite   Azerspace-1: 11135 H 30000

Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirməklə bağlı razılığa gəlib

Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirməklə bağlı razılığa gəlib

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Bu barədə NTV Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın "X" hesabındakı paylaşımına istinadən xəbər verir.

Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.

"Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq", - o deyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM